Qarşıdakı mövsümdə Azərbaycan 1-ci divizionunda mübarizə aparacaq "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Azər Bağırov və klubun futbol akademiyasının direktoru Adil Şükürovun təqdimat mərasimi keçirilib.

Qarşıdakı mövsümdə Azərbaycan 1-ci divizionunda mübarizə aparacaq "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Azər Bağırov və klubun futbol akademiyasının direktoru Adil Şükürovun təqdimat mərasimi keçirilib. Matc.az xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev məşqçiləri qonaqlara təqdim edib, onlar barədə ətraflı məlumat verib.
 
Komandanın yeni baş məşqçisi Azər Bağırovla 3 illik müqavilə imzalanıb. Təqdimat zamanı hər kəsə təşəkkürünü bildirən Azər Bağırov növbəti mövsümdə Naxçıvan təmsilçisinin əsas məqsədinin çempionluq olduğunu vurğulayıb. Bağırov bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri də Naxçıvanda istedadlı gənc futbolçuları yetişdirmək, onları Azərbaycan futboluna bəxş etməkdir.
 
"Araz-Naxçıvan" futbol akademiyasının yeni direktoru Adil Şükürovla da klub arasında 3 illik müqavilə imzalanıb. Təqdimat mərasimində çıxış edən yeni direktor bildirib ki, bu çətin olduğu qədər, həm də məsuliyyətli işdir.
 
Sonra Azər Bağırov və Adil Şükürovun məşqçilərlə görüşü keçirilib, fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, hər iki mütəxəssis PRO kateqoriyalı məşqçidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest