Bakı İdman Sarayında 19 yaşadək futzalçılardan ibarət milli komandamızla qarşılaşacaq Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasının heyəti açıqlanıb. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, komandalar arasındakı oyun fevralın 19-da və 21-də baş tutacaq.

Ayın 17-də bir araya gələcək qardaş ölkə futzalçıları ertəsi gün Bakıya səfər edəcək. Baş məşqçi Murat Kaya heyətə 3-ü qapıçı olmaqla 14 futzalçı dəvət edib.

Qapıçılar: Ertuğrul Yıldız ( Gənclərbirliyi, ) Recep Taş (Arnavutköy Bld.S.K), Erkan çinar (Beşiktaş)

Oyunçular: Mustafa Acar ( Antalyaspor), Muhammed Yusuf Aygün (Beşiktaş), Mustafa Yorulmaz ( Gənclərbirliyi), Doğu Demirkol (Göztəpə), Batuhan Dırağa (Kasımpaşa) Sefa çollak (Medipol Başakşehir), Arda Köksal (Ərzurumspor), Emir Şenocak (Bursaspor), Bünyamin Balcı (Antalyaspor), Muhammed Furkan özhan (Ərzurumspor), Berat Altındiş (Bursaspor).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest