İngiltərənin "Lids" klubu Almaniya çempionu "Bayern"in futbolçusu Mark Rokanı transfer edib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İngiltərə təmsilçisi 12 milyon avro təzminat ödəyib.
 
Roka 2020-ci ildən Münhen klubunda oynayırdı. O, ötən mövsüm bütün turnirlər çərçivəsində 13 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest