"Neftçi"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kipr "Aris"i heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Limassol təmsilçisi Mihlali Mayambela ilə anlaşıb.
 
Cənubi Afrika Respublikasından olan 25 yaşlı yarımmmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq. 2019-cu ildən Portuqaliyanın "Farense" klubunda çıxış edən oyunçu, son illərdə icarə əsasında "Bney Yehuda" və "Akademika" komandalarında da forma geyinib.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest