İtaliyanın "Verona" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Qabriele çoffi çalışdıracaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İtaliyadan olan 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, ötən ay postundan ayrılmağa qərar verən İqor Tudoru əvəz edib.
 
Yeri gəlmişkən, "Verona" "Kalyari"dən icarəyə götürdüyü Covanni Simeoneni birdəfəlik transfer edib.
 
26 yaşlı hücumçu ilə 4 ilik müqavilə imzalanıb. Bu transfer üçün 10 milyon avro təzminat ödənilib.
 
Covanni Simeone "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğludur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest