Fransanın "Monako" klubu futbolçusu Sesk Fabreqasla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
 
İspaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti artırılmayıb. 35 yaşlı futbolçu komandanı azad agent statusu ilə tərk edib.
 
Fabreqas 2019-cu ilin yanvarından "Monako"da çıxış edirdi. O, son mövsümdə cəmi 5 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest