İyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə"nin hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi iyunun 23-dək məşqlərini Bakıda keçəcək.
 
1 gün sonra Türkiyəyə yola düşəcək "qartallar" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. "Qartallar" bu müddətdə iki yoxlama oyunu keçirəcək.
 
"Zirə" iyulun 7-də Bakıya dönəcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq.
 
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest