Polşa mətbuatında ölkə klublarının avrokuboklardakı şansları dəyərləndirilib. Matc.az xəbər verir ki, Polşa mətbuatı çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Lex" – "Qarabağ" oyununa da yer ayırıb.
 
"TVP Sport" nəşri "Qarabağ"ın əvvəlki illərdə Polşa klublarına qalib gəldiyini xatırladıb:
 
"Püşkatmada "Lex"in bəxti gətirmədi. çünki səfərin əvvəlində onlar Azərbaycan çempionu ilə qarşılaşacaq. Söhbət Ağdamın "Qarabağ" klubundan gedir. Əvvəlki mövsümlərdə bu komanda "Legiya", "Visla" və "Pyast"ı mübarizədən kənarlaşdırıb".
 
"Qarabağ"la "Lex" arasındakı ilk matç iyulun 5-də Polşanın Poznan şəhərində keçiriləcək. Oyun saat 22:00-da başlayacaq. Cavab görüşü isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest