"Qarabağ"ın UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan "Lex" (Polşa) yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Poznan təmsilçisi 1-ci liqada çıxış edən "Vidzev"lə qarşılaşıb. Oyun aşağı liqa komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
"Lex" növbəti sınaq matçında "Poqon"la ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 23-də olacaq.
 
"Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest