PSJ-nin və Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2021-ci ildə Lionel Messinin "Barselona"da oynadığı çempionlar Liqası matçı zamanı onunla arasında yaşanan insidentdən danışıb. Matc.az "Goal.com"a istinadən xəbər verir ki, Paredes, Messinin həmin vaxt çox əsəbiləşdiyini deyib:
 
"Messi əsəbiləşdi, çünki komanda yoldaşlarıma nəsə dedim və o, məni eşitdi. çox əsəbiləşdi və hücum etdi. Dəhşətli idi. O, məni öldürmək istəyirdi. Mən isə sadəcə evə getmək istəyirdim.
 
Həmin hadisədən sonra millidə görüşdük, özünü heç nə olmamış kimi apardı. O, necə bir insan olduğunu göstərdi. Münasibətlər işlək şəkildə davam edirdi. İndi söhbət düşəndə o hadisəni xatırlayıb gülürük".
 
Messi hazırda Fransanın PSJ klubunda forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest