"Liverpul" klubu "Aberdin"in futbolçusu Kalvin Remzinin transferini açıqlayıb. Matc.az klubun rəsmi saytına xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Liverpul" Remzi üçün Şotlandiya təmsilçisinə 6,5 milyon funt-sterlinq təzminat ödəyəcək.  
 
Şotlandiyalı futbolçu ötən mövsüm "Aberdin"in heyətində 33 oyuna çıxıb, 1 qol vurub və 9 qol ötürməsi verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest