"Neftçi"nin Avropa Konfrans Liqasıın 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" daha bir futbolçusu ilə anlaşmanın müddətini uzadıb. Matc.az xəbər verir ki, Kipr klubu Vanderson De Jesus Martins (Kaju) ilə 2 illik müqavilə bağlayıb. 26 yaşlı braziliyalı futbolçu sol cinah müdafiəçisidir.
 
O, 2018/19-cu illər mövsümündə APOEL-də icarə əsasında çıxış edib. Kaju Braziliyanın "Santos" və "Qoyas", Portuqaliyanın "Braqa" komandalarında da forma geyinib.
 
ötən mövsümü icarə əsasında "Aris"də keçirən müdafiəçi 20 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest