"Qarabağ"ın UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex"in yeni baş məşqçisi müəyyənləşib. Matc.az Polşa klubunun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Con van den Brom təyin edilib.
 
Niderlandlı mütəxəssislə sabah iki illik müqavilə imzalanacağı bildirilib. O, bu vəzifədə iki həftə əvvəl istefa verən Makiey Skorjanı əvəzləyib.
 
Den Brom ötən mövsümün ikinci yarısında "Əl-Taavun"u (Səudiyyə Ərəbistanı) çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest