UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"in (Polşa) yeni baş məşqçisi Con van den Brom bu təyinatı barədə danışıb. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis çL-də mübarizə aparan komandaya rəhbərlik etməyin onun üçün əla imkan olduğunu bildirib:
 
"Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var. çempionlar Liqasında oynamaq imkanı mənim üçün əla fürsətdir. Qısa vaxt ərzində çox oyun keçirəcəyik. Ən vacibi, iyulun 5-də "Qarabağ"la oynayacağımız matça hazır olmaqdır".
 
"Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest