"Sumqayıt"ın yay hazırlıq planı açıqlanıb. Matc.az xəbər verir ki, sözügedən komanda 2022/2023 mövsümü üçün hazırlığa iyunun 27-də start verəcək.

"Sumqayıt"ın yay hazırlıq planı açıqlanıb. Matc.az xəbər verir ki, sözügedən komanda 2022/2023 mövsümü üçün hazırlığa iyunun 27-də start verəcək.
 
Hazırlığın ilk mərhələsini iyulun 15-dək Sumqayıtda keçirəcək Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.
 
"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində "Koru" hotelində məskunlaşacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi, oyunların keçiriləcəyi tarix və məkanlar hələ müəyyənləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest