Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun Polşanın "Visla" klubundan ayrılması gözlənilsə də, 23 yaşlı futbolçu komanda ilə birgə təlim-məşq toplanışına yollanıb. Matc.az xəbər verir ki, bu barədə Plotsk klubunun rəsmi saytı məlumat yayıb.
 
Komanda Qnevino şəhərinə təlim-məşq toplanışına yollanıb. Heyətdə yer alan 34 futbolçu arasında Krivotsyuk da var. Doqquz gün Qnevinoda qalacaq "Visla" burada 3 yoxlama oyunu da keçirəcək.
 
Polşa təmsilçisi ilə 2023-cü ilin iyununa kimi müqaviləsi olan "Neftçi"nin sabiq müdafiəçisi komandadan ayrılmaq istəyirdi. Onun yenidən Azərbaycana qayıdacağı iddia olunurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest