"Real" klubu yeni transferi Antonio Rüdigeri təqdim edib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya millisinin üzvü bu gün Madriddə tibbi müayinədən keçib.
 
Təcrübəli müdafiəçi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Rüdiger "Real"da 22 nömrəli formanı geyinəcək. Ondan əvvəl Madrid təmsilçisində bu formanı İsko geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest