Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb. Matc.az Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, buna 33 yaşlı futbolçunun Moskva klubunda çıxışını davam etdirməsi səbəb olub.
 
Polşa yığmasının baş məşqçisi çeslav Mixneviç komandanın son toplanışından sonra oyunçu ilə görüşərək, Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. Rıbus bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək.
 
Rıbus iyunun 11-də Moskva "Lokomotiv"ini "Spartak"a dəyişib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest