"Qəbələ" Avropa Konfrans Liqasında və Premyer Liqada yeni mövsümə hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, komandanın üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, bu oyunçular ürfan Abbasov, Yaovi Akakpo və Gülağa Əsədovdur. Onların proqram üzrə bərpa prosesi davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest