"Səbail"in yeni transferi Emil Martinov paytaxt klubuna dönüşündən danışıb. Matc.az xəbər verir ki, Bolqarıstandan olan futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Burada yenidən qələbələr qazanmaq istəyirəm. İlk gəlişimdə medalçı olduq. Bu dəfə də ən yüksək mövqelər üçün mübarizə aparacağıq. "Səbail"in azarkeşləri mənə hər zaman dəstək olublar. Onlar üçün hər oyun maksimum dərəcədə əzmkarlıq göstərəcəyəm".
 
Martinov 2018/19 mövsümündə də "Səbail"də çıxış edib və Premyer Liqanın bürünc medalını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest