Futbol üzrə Kamerun millisinin sabiq hücumçusu, hazırda bu ölkənin futbol federasiyasının prezidenti olan Samuel Eto'o, vaxtilə İspaniyada vergidən yayındığına görə məhkəməlik olub. Matc.az xəbər verir ki, o, "Barselona"da forma geyindiyi dönəmdə (2004-2009) bir neçə ay vergidən yayındığını etiraf edib.
 
Bu üzdən də Barselona məhkəməsi futbolçuya 22 ay həbs və 1.8 milyon avroluq cəza kəsib. Amma futbolçu həbsə girməmək üçün İspaniyada 3.8 milyon avro ödəyəcək.
 
Eto'o vergidən yayındığını etiraf etsə də, özünü günahkar hesab etmədiyini bildirib: "ödənişi edəcəm, amma həmin vaxt sadəcə atamın dediklərini edirdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest