İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Neftçi"nin qonağı olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, o, "ağ-qaralar"ın prezidenti Kamran Quliyevlə görüşüb.
Görüş zamanı Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb. ölkəmizdəki İtaliya vətəndaşları ilə maraqlanan Auqusto Massari ilə görüşdə bakılıların vitse-prezidenti Elnur Eyvazov, italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri – fiziki hazırlıq məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər.
Xatirə olaraq səfirə "Neftçi"nin forması hədiyyə edilib.