"Neftçi" ilə adı hallanan Yuri Vernidub Ukraynanın "Krivbas" klubunun baş məşqçisi təyin olunub. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Vernidub "Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən olsa da, o, müharibə şəraitində olan Ukraynanı tərk etmək istəmədiyini açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest