Türkiyə millisinin hücumçusu Burak Yılmazın yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu Niderlandın "Fortuna" (Sittard) klubu ilə 5 illik müqavilə imzalayıb.
 
Türkiyəli futbolçu bu klubdakı ilk 2 ilində oyunçu kimi çıxış edəcək. O, sonrakı 3 ili isə komandada məqşçi kimi keçirəcək.
 
Xatırladaq ki, Burak Yılmazın son klubu Fransa "Lill"i olub. O, bu komandanın heyətində Fransa çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest