"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, "dənizçilər" Uqanda yığmasının da formasını geyinən Luvaqa Kizitonu transfer ediblər.
 
28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, "Vipers", "Leyksoeş", "Kovilya", "Rio Ave", "Feyrense", "Politexnika Yaşi", BATE, "Şaxtyor" (Karaqandi), "Hapoel" (Kfar Saba), "Hapoel" (Nof HaQalil) klublarında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest