Argentina millisinin sabiq futbolçusu Karlos Teves məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, veteran hücumçu ölkəsinin "Rosario Sentral" komandasının sükanı arxasına keçib.
 
38 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Keçmiş forvard məşqçilik kruslarını bitirmədiyindən rəsmi protokolda baş məşqçi kimi göstərilməyəcək.
 
Xatırladaq ki, Karlos Teves son olaraq vətənində "Boko Xuniors"un formasını geyinib. O, daha əvvəl İngiltərədə "Mançester Siti", "Mançester Yunayted" və "Vest Hem", İtaliyada "Yuventus" və Braziliyada "Korintians" klublarının da şərəfini qoruyub. Teves bu ayın əvvəlində peşəkar futbolçu karyerasını başa vurduğunu elan etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest