"Neftçi"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, paytaxt klubunu bundan sonra Rumıniyadan olan Laurentsiu Regekampf çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub. Regekampf "Neftçi" ilə 2 illik müqaviləyə imza atb.
 
Laurentsiu Regekampfın sonuncu iş yeri geridə qalan mövsümdə çalışdırdığı "Universitatya" (Krayova) olub. O, daha öncə ölkəsində "Snaqov", "Qloriya" (Bıstritsa), "Konkordiya", "Styaua" kimi komandalara da rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın "Liteks", Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-Əhli", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" və "Əl-Vasl" klublarında baş məşqçilik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest