Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasına mübarizə aparan "Botoşani" ilə qarşılaşıb.

Kössen stadionunda təşkil olunan matç Qurban Qurbanovun çalışdırdığı kollektiv üçün uğurlu alınıb. İlk hissədə üç qol vuran "Qarabağ" fasilədən sonra daha bir dəfə fərqlənərək darmadağına sevinib.

"Qarabağ"ın növbəti oyunları iyunun 29-da olacaq. Komanda həmin gün "Holştayn Kil" (Almaniya) və "Universitatya" (Krayova, Rumınya) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
25 iyun

Qarabağ – Botoşani 4:0
Qol: K.Borges, 11. M.Veşoviç, 15. İ.Vadji, 40; 58.
Kössen stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5 Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest