PSJ-nin hücumçusu Kilian Mbappe xoşagəlməz hadisə ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvarda qarşı irqçi hərəkətlər edilib.

Belə ki, Paris metrosunda onun ünvanına bu tip sözlər işlədilib və qatarın üzərinə yazılar yazılıb. Bu isə ölkədə ciddi narazılığa yol açıb. Fransa metropoliteni məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Mbappe PSJ-yə 180 milyon avro qarşılığında "Monako"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest