"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges İsrail klubundan təklif alıb. Matc.az İsrail mətbuatına istinadən xəbər verir ki, "sambaçı" Beer-Şeva "Hapoel"inin maraq dairəsindədir.

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges İsrail klubundan təklif alıb. Matc.az İsrail mətbuatına istinadən xəbər verir ki, "sambaçı" Beer-Şeva "Hapoel"inin maraq dairəsindədir.
 
"Hapoel" hücum xəttini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır ki, klubun transfer siyahısında yer alan futbolçulardan biri də Borgesdir. "Hapoel" rəhbərliyinin 26 yaşlı hücumameylli futbolçu üçün "Qarabağ"la danışıq apardığı da deyilir. İsrail mətbuatının yazdığına görə, "Hapoel" Kadi üçün 400 min avroluq təklif göndərib.
 
Kadi Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun "Qarabağ"la müqavilə müddəti 2023-cü ilin yayında bitir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest