Fransanın PSJ klubunun qapıçısı Alfons Areola Paris təmsilçisi ilə vidalaşıb. Matc.az xəbər verir ki, 29 yaşlı qolkiper Liqa 1 nəhəngini İngilrərənin "Vest Hem" klubuna dəyişib.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransalı qolkiper ötən ilin yayından "Vest Hem"də icarə əsasında çıxış edirdi. Bu yay isə İngiltərə klubu onun transfer hüquqlarını da almağa qərar verib. Areola Premyer Liqa klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
Areola PSJ-nin öz yetirməsidir. Fransa yığmasında da oynamış qolkiper karyerası ərzində "Lans", "Bastiya", "Vilyarreal", "Real" və "Fulhem" komandalarında da icarədə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest