27-28 iyunda İsveçrənin Sürix şəhərində UEFA-nın klub yarışlarında rəsmi şəxslər qismində çalışan şəxslər üçün seminar təşkil olunub. Matc.az xəbər verir ki, seminarda UEFA Matç Direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da iştirak edib.
 
Seminar zamanı iştirakçılara mövsümlə bağlı təlimatlar təqdim olunub və qaydalarda baş vermiş dəyişikliklər müzakirə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest