Polşanın "Visla" (Plotsk) komandası yeni mövsümə hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda bir gündə iki sınaq matçına çıxıb.
 
Sözügedən kollektiv əvvəlcə Polşanın aşağı liqa təmsilçisi "Raduniya Stenjiç" komandası ilə üz-üzə gəlib və 3:2 hesabıyla qalib gəlib. Plotsk klubu bu ölkənin digər təmsilçisi "Arka"ya qarşı ikinci oyundan da 2:0 hesablı qələbə ilə ayrılıb.
 
Krivotsyuk bu görüşlərin heç birinin iştirakçısı olmayıb. Daha öncə baş tutan "Xoyniçanka" (1:1) və "Lexiya Qdansk" (3:6) ilə yoxlama görüşlərində forma geyinmiş millimizin futbolçusuna son iki matçda ehtiyac duyulmayıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest