Futbol üzrə Kipr milli komandasının yeni baş məşqçisi məlum olub. Matc.az Kipr Futbol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu posta Temuri Ketsbaya təyin edilib.
 
Gürcüstanlı mütəxəssislə rəsmi müqavilə bu gün imzalanacaq.
 
54 yaşlı baş məşqçinin son klubu Kipr "Anortosis"i olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest