Ernesto Valverde "Atletik"in baş məşqçisi təyin edilib. Matc.az xəbər verir ki, bu barədə Bilbao klubunun rəsmi saytı məlumat yayıb.
 
Mütəxəssis bundan əvvəl 2013-2017-ci illərdə 4 mövsüm basklara rəhbərlik edib. Onun rəhbərliyi altında "Atletik" 213 oyun keçirib və bunun 102-də qalib gəlib. 2015-ci ildə basklar Valverdenin rəhbərliyi altında İspaniya superkubokunu qazanıb.
 
2017-ci ilin yayından 2020-ci ilin yanvarına qədər Valverde "Barselona"ya rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest