Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.
 
Matc.az xəbər verir ki, nazir Ağdam klubunun UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex" (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.
 
"Qarabağ"ın vitse-prezidenti Fevzihan Aras nazirə zaman ayırdığı və işləri ilə tanış olduğu üçün təşəkkür edib.
 
Xatırladaq ki, "Qarabağ"ın "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest