İtaliyanın "Fiorentina" klubu yarımmüdafiəçisi Rikkardo Saponara ilə müqaviləni uzadıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı italiyalı futbolçu ilə yeni müqavilə 2023-cü ilin iyunun sonuna kimi nəzərdə tutulub.
 
Saponara 2020-ci ilin avqustunda "Fiorentina"ya keçib. O, ötən mövsüm komandanın heyətində 34 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest