"Barselona"nın futbolçusu Luk de Yonq Kataloniya klubundan ayrılıb. Matc.az xəbər verir ki, 31 yaşlı forvard bu barədə sosial media hesabında məlumat yayıb.
 
O, Kataloniya təmsilçisi ilə vidalaşıb: "Barselona"da keçirdiyim vaxt xüsusi idi. Sizə gələcəkdə ən yaxşısını arzulayıram!"
 
De Yonq müqavilə ilə "Sevilya"ya məxsusdur. O, 2021/22 mövsümündə icarə əsasında "Barselona"da oynayıb. Futbolçu bu müddət ərzində La Liqada 21 matçda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest