Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Kəpəz" yay təlim-məşq toplanışı dövründə yoxlama oyunları keçirəcək. Matc.az xəbər verir ki, Gəncə klubunun rəqiblərindən ikisi artıq məlumdur.
 
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bu komanda iyunun 10-da "Səbail", ayın 14-də isə "Sumqayıt"la qarşılaşacaq.
 
Paytaxt təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. "Sumqayıt" ilə oyun isə rəqib meydanında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest