"Neftçi" klubu futbolçusu Tiaqo Bezerra ilə başa çatan müqaviləni yeniləməyib. Matc.az xəbər verir ki, klub braziliyalı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, "ağ-qaralar"a 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub. 35 yaşlı forvard "Neftçi"nin ən məhsuldar futbolçusu olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest