FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədovun növbəti işgüzar səfəri Almaniyaya olub. Matc.az xəbər verir ki, AFFA-nın sabiq icraçı vitse-prezidenti Almaniya Futbol İttifaqının (DFB) Təlim-Məşq Mərkəzinin açılışında iştirak edib.
 
Məkan 50 000 kvadratmetrdən çox əraziyə və əla şəraitə malik infrastrukturdur. Baza FİFA-nın "Forward" layihəsi ilə maliyyələşdirlib.
 
Məmmədovun açılışda Almaniya millisinin əfsanəvi futbolçusu Filip Lam, DFB prezidenti Bernd Noyendorf və UEFA-nın tədbirlər üzrə departamentinin direktoru ilə görüşləri olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest