"Zirə" klubu futbolçusu Filipe Paxtmanla müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Zirə" klubu futbolçusu Filipe Paxtmanla müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
22 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalanıb. Ukraynanın "Lvov" klubundan transfer edilən braziliyalı forvard 2021-ci ilin yanvarından icarə əsasında "Zirə"də çıxış edirdi. İstedadlı hücumçu böyük ümidlərlə transfer olunsa da, onun özünü göstərməsinə aldığı ağır zədə mane oldu. Lakin məşqçilər korpusu gənc və perspektivli futbolçuya inandıqları üçün, komandada qalmasını istədilər. Paxtman böyük ehtimalla qarşıdakı mövsümdə ona bəslənilən ümidləri artıqlaması ilə doğrultmağa çalışacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest