Sabah Topaz Premyer Liqasında XVII turun oyunları start götürəcək. Matc.az xəbər verir ki, turun qarşılaşmaları iki gün davam edəcək.

İlk matç "ASK Arena"da keçiriləcək. çempionatın autsayderi "Keşlə" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Mövsümün ikinci yarısında qola və xala həsrət qalan rəqiblərin duelində hər iki komanda 2019-cu ilin "siftəsi" üçün mübarizə aparacaq. Tərlan Əhmədovun yetirmələri ən azı bir neçə saatlıq son pilləni tərk etmək imkanından yararlanmaq niyyətindi. Ayxan Abbasovun yetirmələri isə təhlükəli zonadan uzaqlaşmaq üçün qalib gəlməlidi.

İlk oyun gününə liderin oyunu ilə yekun vurulacaq. "Neftçi" uzun müddət son sıralarda qərarlaşan, yalnız ötən tur zirzəmini tərk edən "Zirə"nin qonağı olacaq. Qəsəbə təmsilçisi hələ də öz oyununu tapmasa da, "ağ-qaralar" üçün daim qeyri-münasib rəqib olub. İlk yarıda da "Zirə"ylə görüşdə büdrəyən Roberto Bordinin yetirmələri izləyiciləri ilə xal fərqini qorumaq üçün turu itkisiz adlamalıdı. Samir Abasovun komandası isə liderdən xal almaqla durumunu yaxşılaşdıra bilər.

Bazar günü "Səbail" və "Sabah"ın dueli ilə başlayacaq. Elşad Əhmədovun yetirmələri 4-cü pilləni qaytarmaq, həm də rəqibi ilə fərqi minimuma endirmək imkanına malikdi. Lakin yeganə hücumçu Marko Deviçsiz qonaqların işi çətin olacaq. Meydan sahibləri isə 3-cü pilləni əldən vermək təhlükəsi ilə üz-üzədi. Aftandil Hacıyevin yetirmələri yüksəlişdə olan "Qəbələ" ilə fərqi ən azı qorumaq üçün 3 xal qazanmaq məcburiyyətindədi.

Təbii ki, "Qəbələ"nin də işi asan olmayacaq. 2019-cu lldə xal itirməyən "qırmızı-qaralar" son illərin çempionu "Qarabağ"la görüşəcək. Lider "Neftçi" kimi çətin sınaq qarşısında olan Qurban Qurbanovun yetirmələri çempionluq mübarizəsində büdrəməmək üçün meydandan qələbə ilə ayrılmalıdı. Sənan Qurbanovun yetirmələri isə mükafatlara nə qədər iddialı olduğunu güclü rəqiblə dueldə də göstərməlidi.

Topaz Premyer Liqası

XVII tur

16 fevral (şənbə)

15:00. "Keşlə" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"ASK Arena"

17:30. "Zirə" – "Neftçi"
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Kompleksinin stadionu

17 fevral (bazar)

15:00. "Səbail" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu 
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Bayıl Arena"

17:30. "Qarabağ" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika stadionu

N:

Komandalar

O

Q

H

M

T/F

X

1

Neftçi

16

11

4

1

29-11

37

2

Qarabağ

16

10

4

2

35-15

34

3

Səbail

16

7

3

6

19-16

24

4

Qəbələ

16

6

5

5

19-18

23

5

Sabah

16

6

2

8

14-21

20

6

Sumqayıt

16

4

3

9

13-23

15

7

Zirə

16

3

4

9

14-27

13

8

Keşlə

16

3

3

10

16-28

12

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7 qol.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest