"Bu komandaya gəlişimin ilk günündən isti münasibət görürəm; rəhbərlik, məşqçi və inzibati heyət, həmçinin hər bir futbolçudan. Hətta kapitanımız ilk gündəcə şəxsən məni təkcə futbolçuların iştirak edəcəyi şam yeməyinə dəvət etdi".

"Bu ilin əvvəlində karyeramda yeni bir qərarla "Tobol"a keçidimlə bağlı yeni addım atdım. Bu işdə mənə dəstək və kömək olan hər kəsə dərin təşəkkürümü bildirmək istəyirəm". Matc.az saytı xəbər verir ki, bu sözlər Azərbaycan millisinin qapıçısı Emil Balayevə məxsusdu.

Bir müddət əvvəl "Səbail"dən Qazaxıstan klubu "Tobol"a keçən qolkiper sosial şəbəkə vasitəsilə fikirlərini bölüşüb. 24 yaşlı qapıçı hədəflərinin çempionluq olduğunu da vurğulayıb: "Bu komandaya gəlişimin ilk günündən isti münasibət görürəm; rəhbərlik, məşqçi və inzibati heyət, həmçinin hər bir futbolçudan. Hətta kapitanımız ilk gündəcə şəxsən məni təkcə futbolçuların iştirak edəcəyi şam yeməyinə dəvət etdi. Günlər keçdikcə komandaya uyğunlaşmağa, mehriban kollektiv görməyə başladım və bu heyətin özünəməxsus yumor hissi olması da nəzərimdən qaçmadı. Nə qədər deyib gülməyi sevən kollektiv olsa da, bir o qədər də məşqlərdə, oyunlarda ciddilikləri ilə seçilirlər. İlk fitdən son fitə qədər stadionun hər qarışı uğrunda mübarizə aparırlar. ümid edirəm ki, belə mehriban kollektivlə bizi çox maraqlı, gərgin, qələbələrlə dolu bir mövsüm gözləyir. Hər birimiz yalnız qələbə və çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq!"

Qeyd edək ki, Emil Balayev "Tobol"la ötən ay 2 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest