"Beşiktaş" növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, İstanbul klubu sabiq futbolçusu, Türkiyə millisinin hücumçusu Cenk Tosunu heyətinə qatıb.
 
Bir neçə gün öncə İngiltərənin "Everton" klubundan ayrılan 31 yaşlı futbolçu bu gün İstanbul təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
 
Xatırladaq ki, Cenk Tosun "Everton"a 2018-ci ilin yanvarında məhz "Beşiktaş"dan transfer olunmuşdu. Hücumçu 2019/20 mövsümünün qış fasiləsində "Kristal Pelas"a, ötən mövsümün qış fasiləsində isə "Beşiktaş"a icarəyə verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest