Maltada təşkil olunan basketbol üzrə kiçik ölkələr arasında Avropa çempionatında yarımfinal görüşləri keçirilib. Matc.az xəbər verir ki, yarımfinalda meydan sahibi Malta yığması ilə qarşılaşan və 52:59 hesabıyla uduzan Azərbaycan millisi üçüncü yer uğrunda oyun keçirəcək.
 
Komandamız bu dəfə Andorra yığması ilə qarşılaşacaq. İyulun 3-də baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.
 
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı A qrupunda Maltaya 71:73, Andorraya 69:72 hesabı ilə uduzmuşdu. Serbiyalı Aleksandar Trifunoviçin çalışdırdığı kollektiv 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest