Türkiyə "Beşiktaş"ı futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
 
Təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, "Beşiktaş"da keçirdiyi 326 matçda 26 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest