"Qəbələ"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın "Fehervar" klubu müdafiəçisi Stopira ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Kabo-Verde millisinin müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanıb.
 
34 yaşlı oyunçu 2012-ci ildən bu komandada çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 325 oyunda 27 qol vurub.
 
"Qəbələ"nin "Fehervar"la qarşı ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə bir həftə sonra evdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest