ötən mövsümü icarə əsasında "Aberdin"də keçirən ingiltərəli yarımmüdafiəçi Teddi Yenks Konfrans Liqasındakı çıxışlarından bəhs edib. Matc.az xəbər verir ki, Britaniya mətbuatına açıqlamasında mövsümü dəyərləndirən "Brayton"un gənc üzvü pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri görüşü də xatırlayıb.
 
İngiltərənin aşağı yaş qrupu üzrə yığmasında çıxış edən 20 yaşlı oyunçu Ağdam klubuna məğlubiyyəti belə əsaslandırıb:
 
"Avropada yaxşı oyunlar oldu, İsveç, İslandiya və Azərbaycanda matça çıxdıq. Əvvəllər belə təcrübə yaşamamışdım. Avrokuboklarda oynamaq imkanı əldə etdim. Əlbəttə, Avropa arenasındakı görüşlər müəyyən mənada daxili birincilikdən fərqlidi və daha yaxşıdı. Konfrans Liqasında qrupa düşməyə çox yaxın idik. Ancaq pley-offda "Qarabağ"a məğlub olduq. Azərbaycan komandası həmin matçlarda inanılmaz idi".
 
Qeyd edək ki, "Qarabağ" ötən ilin avqustunda "Aberdin"i Bakıda 1:0, Aberdində isə 3:1 hesabı ilə məğlub edərək, qrupa yüksəlib, oradan isə 1/16 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest