"Neftçi" müdafiəçi transferini həyata keçirib. Matc.az xəbər verir ki, gürcüstanlı futbolçu Solomon Kvirkveliyanı heyətinə qatan paytaxt klubu artıq onunla müqavilənin müddətini də açıqlayıb.

"Neftçi" müdafiəçi transferini həyata keçirib. Matc.az xəbər verir ki, gürcüstanlı futbolçu Solomon Kvirkveliyanı heyətinə qatan paytaxt klubu artıq onunla müqavilənin müddətini də açıqlayıb.
 
Belə ki, 30 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə imzalanıb. Gürcü futbolçu yeni komandasının heyətində 4 nömrəli formanı geyinəcək.
 
Solomon Kvirkveliya Rusiyanın "Rubin" (2011-2017), "Nefteximik" (2012), "Lokomotiv" (Moskva, 2017-2021), "Rotor" (2020-2021), Ukraynanın "Metallist 1925" və Gürcüstanın "Qaqra" (2022) klublarında çıxış edib.
 
Kvirkveliya Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və Superkubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.
 
Qeyd edək ki, "Neftçi" bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest